İyl
2017
20:13
266
24
4846
Virtual karabakh

Şokoladın insan beyninə faydalı olması sübuta yetirilib

7 İyl, 2017
20:13
4846

Şokoladın insan beyninə faydalı olması sübuta yetirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyalı alimlər belə qənaətə gəliblər ki, hər gün şokolad qəbul etmək neyrodeqenerativ xəstəliklərə yoluxma riskini azaldır.

Oxu.Az-ın ScienceAlert-a istinadən xəbərinə görə, tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc edilib.

Bir sıra elmi işi araşdıran mütəxəssislər kakaoda olan flavonoidlərin (bitki polifenolları) beyinin fəaliyyətinə kəskin və xroniki təsirini qiymətləndiriblər. Tədqiqatda iştirak edən könüllülər beş gün və ya üç ay ərzində kakao içkisi və az, orta və çox miqdarda şokolad qəbul ediblər.

Məlum olub ki, qara şokoladda olan flavonoidlər beyinin fəaliyyətini yaxşılaşdırır və məntiqi məsələləri həll etmək üçün lazımi məlumatı yadda saxlamağa kömək edir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri