10 
İyl
2017
22:15
83
126
21270
Virtual karabakh

Bürclər – 11 İYUL

10 İyl, 2017
22:15
21270

Bürclər – 11 İYUL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

QOÇ 

Daxili gərginliyinizi azaltmaq üçün onu başqalarına yönəltməyin. Acıdil olmaq, ətrafdakıların əməyini heçə endirmək, başqalarında qüsur axtarmaq sizə yaraşmır. Axı indi "hakim" bürc sizsiniz. Ayın 11-dən başlayaraq nüfuz dairəniz genişlənəcək. Vəzifə pilləsində ucalmaq üçün hərəkətə keçməyə dəyər.

BUĞA

Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Yalnız bu halda ixtiyarınızda olan həftədən razı qalacaqsınız. İşgüzar sövdələşmələr xeyrinizə olacaq, amma gərək təşəbbüskarlığınızı əldən verməyəsiniz.

ƏKİZLƏR

İyul ayı ərzində görəcəyiniz qlobal işləri indidən planlaşdırın. Çünki növbəti həftələrdə buna imkanınız olmayacaq. Riskli işdən, bələd olmadığınız sahələrə sərmayə qoymaqdan və ciddi məbləğdə borc verməkdən çəkinin.  

XƏRÇƏNG

Əgər ruhən özünüzü haqlı sayırsınızsa, heç bir probleminiz olmayacaq. İstənilən riskiniz müvəffəqiyyətlə nəticələnəcək. Odur ki, həmin günlərdə özünüzü aktiv göstərin. Şəxsi büdcənizdə qismən də olsa, irəliləyişlər baş verəcək. Ailə-sevgi münasibətlərini səmimiyyət üzərində qurun.

ŞİR

Dünyada yaxşılıq qalır. Elə isə başqalarında qüsur axtarmaqdansa savab işlərinizi daha çox artırın. Bu həftənin nəticələri ətrafdakılarla davranışlarınızdan və nə dərəcədə səmimi olmağınızdan asılı olacaq. Ulduzlar məhəbbət müstəvisində böyük gedişlər etmək üçün sizə yardımçı olacaq. Belə məqamlarda yalan vədlər verməməlisiniz.

QIZ

Sizə birbaşa aidiyyəti olmayan məsələlərə aludə olmaqdansa, yarımçıq qalmış işlərinizlə məşğul olun. Yaxşı bilirsiniz ki, başa çatdıra bilmədiyiniz öhdəliklər çoxdur. Məhz bu gün bütün enerjinizi toplamaqla bu kimi maneələri dəf edə biləcəksiniz. İstirahət günlərində müqəddəs ziyarətgahlardan birinə baş çəkin. Bu arada səmərəli təkliflər də gözlənilir.

TƏRƏZİ

Gözlənilməz təkliflər ala bilərsiniz.  Məhz bu halda nəticənin uğurlu olacağına inana bilərsiniz. Şənbə günü nəqliyyatla bağlı ehtiyatlı olun, xüsusən də sükan arxasında otursanız. Şəxsi büdcənizi artırmaq üçün bu günün əhəmiyyəti böyükdür. Amma istənilən siyasi mübahisədən uzaq olun.

ƏQRƏB

Daxili sabitliyinizi qorumaq üçün inandığınız insanların arasında olmağa çalışın. Dedi-qodudan, mistik düşüncələrdən uzaq olun. İnsansevər olun, hər bir sözünüzlə ətrafa nur yaymağa çalışın. Dəqiqləşdirmədiyiniz məsələlərə görə, inad etməyin. Göy qübbəsi  qidalanma zamanı tədbirli olmağınızı məsləhət görür. Ailə üzvlərinizə qarşı aqressivlik etməyin.

OXATAN

Astroloji göstəricilər perspektivli təkliflər alacağınızı bəyan edir. Çalışın imtina etməyəsiniz. Çoxdan bəri sizə sıxıntı gətirən maliyyə problemləriniz də qaydasına düşməlidir. Bu arada doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin, ələlxüsus da yaşlılarla xoşrəftar olun. 

OĞLAQ

Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ilk növbədə yuxu və qida rejiminizə riayət edin. Bu, ilk növbədə qarşınızda duran şəxsi problemlərinizin həllində rol oynaya bilər. Bəzi sürprizlərin şahidi olacaqsınız. Fəaliyyət dairənizi genişləndirmək üçün geniş imkan qazanacaqsınız.

DOLÇA

Bu gün təkliflərə gözüyumulu razılıq verməyin, əks təqdirdə sizi aldada bilərlər. Rəhbərliklə münasibətləri bərk-bərk qoruyun. Fəaliyyət zəminində təşəbbüskarlığı əldən verməyin. Göy qübbəsi uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirməyi tövsiyə edir. İmkan olsa səfərə də çıxın. 

BALIQLAR

Səhhətinizdəki passivlik işə ara verməyinizi diqtə edir.  Sonrakı günlərdə isə ola bilsin ki, perspektivli sövdələşmələrin iştirakçısı olasınız. Əgər nikbin ovqat qazanmaq istəyirsinizsə, ailə-sevgi münasibətlərinə, ümumiyyətlə cəmiyyətə fərdi baxışlarınızı dəyişin.

A.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri