11 
İyl
2017
01:59
226
33
7297
Virtual karabakh

Qəhvə insan ömrünü uzadır – SÜBUT EDİLDİ + VİDEO

11 İyl, 2017
01:59
7297

Qəhvə insan ömrünü uzadır – SÜBUT EDİLDİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı alimlərin apardığı tədqiqat göstərib ki, hər gün qəhvə qəbul etmək ölüm riskini bütün səbəblərini azaldır.

Oxu.Az-ın məlumatına görə, araşdırmanın müvafiq nəticələri Annals of Internal Medicine jurnalında dərc olunub.

Mütəxəssislər 190 minə yaxın könüllüyə (qaradərili, yapon əsilli amerikalılar, ağdərili və cənubi amerikalılar) nəzarət ediblər. 45-75 yaş arası olan sorğu iştirakçılar bir neçə qrupa bölünüblər.

Orta müşahidə dövrü 16 il təşkil edib. Tədqiqatın sonuna 60 min insan ölüb, onlardan 36 faizi ürək-damar, 31 faizi isə xərçəng xəstəliyindən vəfat edib.

Tədqiqatın nəticələrinə düzəlişlər edildikdən sonra ( yaş, siqaret çəkmək, içki qəbul etmək və fiziki aktivlik) məlum olub ki, gündə bir fincan qəhvə orta hesabla ölüm riskinin bütün səbəblərini 12 faiz, üç fincan qəhvə isə - 18 faiz azaldır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri