14 
İyl
2017
23:49
42
263
11976
Virtual karabakh

Çimərlik geyimində yeni dəb – VİDEO

Çimərlik dəbi sərhəd bilmir. Çinlilərin yeni icadı “feyskini” bütün dünyada məşhurlaşır.

Oxu.Az-ın xəbərinə görə, yalnız gözlər, ağız və burun üçün deşiklər qoyan üz maskası Çində dörd dollara satılır.

Maska arzuolunmaz “zaqar”, meduza və həşəratlardan qoruyur. 

Bəziləri bu geyimi “qorxunc” hesab edirlər, və bu geyimdə olan qadınları yad planetlilərlə müqayisə edirlər.

“Bu sadəcə çimərlik geyimidir. Yalnız üz üçün”, - “feyskini” evinin sahibi Çan Şifan deyir.

Çinli qadınlar yeni çimərlik geyimindən razıdırlar. Məlum olduğu kimi, Çində ağ dəri yüksək statusun rəmzi sayılır, çünki tarlada işləyən kəndlilər qaralırlar. Bu səbəbdən çinli qadınlar “feyskini”ni çəkinmədən geyirlər.

S.B.
www.oxu.az

Digər Maraqlı xəbərləri