18 
İyl
2017
18:30
58
92
6846
Virtual karabakh

İki gün sualtı mağarada qaldı – FOTO

18 İyl, 2017
18:30
6846

İki gün sualtı mağarada qaldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın turizm cənnəti Mallorca adası yaxınlığında sualtı mağada iki gün qalan Xisco Gracia başına gələnləri danışarkən “Havasızlıqdan öləcəyimi düşündüm” deyib.  

Oxu.Az milliyet.com-a istinadən xəbər verir ki,  həyat üçün mübarizə aparan geologiya müəllimi Xisco Gracia hər dalğıcın ən qorxunc kabusu hesab edilən vəziyyətə düşüb. 

Gracia dostu Guillem Mascaro ilə Sa Piqueta sualtı mağarası yaxınlığında suya dalıb. Adətləri üzrə mağaranın girişində ipi bağlayaraq yollarına davam ediblər. Dönərkən ipin qırıldığını aşkar ediblər. Beləcə, yolu itiriblər. 

Gracia  başqa dalğıclardan eşitdikləri boşluğu taparaq orada düşdükləri vəziyyəti müzakirə ediblər. Oksigen balonundakı ehtiyat yalnız birinin geri qayıdıb yardım gətirməyinə yetərli olub.  

“Mənim orda qalıb, Guillemin yardım üçün getməsinə qərar verdik. O, məndən arıq olduğu üçün daha az oksigenə ehtiyacı var idi. Ayrıca, mağaralardakı yüksək karbondioksid mühitinə sahib hava boşluqlarında nəfə sala bilmək üzrə mən daha təcrübəliyəm”, - Gracia bildirib. 

Dalğıc yalnız səkkiz saatlıq əməliyyatdan sonra mağaradan çıxarılıb. Bu səkkiz saat içində keçirdiyi həyəcan və qorxuya baxmayaraq, Garcia işinə, yəni sualtı mağaraların xəritələrini yaratmağa davam edəcəyini bildirib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri