19 
İyl
2017
13:54
30
250
8472
Virtual karabakh

Kərpic, kubik, şifer, şüşə yeyən qeyri-adi Ağstafa sakini – VİDEO

19 İyl, 2017
13:54
8472

Kərpic, kubik, şifer, şüşə yeyən qeyri-adi Ağstafa sakini – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.

Oxu.Az ARB 24-ə istinadən xəbər verir ki, uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.

Bəxtiyar Qurbanov: “Orada biraz aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım mən. Mən torpağı, daşı götürüb yeyirdim. “Xrustal”da turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur”.

Deyirlər ki, insan ac olanda daşdan yumşaq nə olsa yeyər. Təbii ki, bu bir deyimdi. Amma Bəxtiyar Qurbanov bunu reallığa çevirib. Onun üçün ac qalmaq faciədir. “Açığı deyim mən o şiferi də yeyərəm. Kərpicdi, kubikdi, dişim nəyi kəsirsə mən yeyirəm, qorxum yoxdur. Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam”.

Bəxtiyar deyir ki, bacarıqlarım bununla bitmir. Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm. O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür.

Həmsöhbətim indi də bacardığı işlərlə məşğul olub, gəlir əldə edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri