22 
İyl
2017
10:18
33
110
15400
Virtual karabakh

Bu ifadələri Azərbaycan dilinə tərcümə etmək mümkün deyil, çünki...

22 İyl, 2017
10:18
15400

Bu ifadələri Azərbaycan dilinə tərcümə etmək mümkün deyil, çünki...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təqdim edəcəyimiz 18 ifadəni bizim dilimizə tərcümə etmək mümkün deyil. Çünki bu ifadələrin Azərbaycan dilində qarşılığı yoxdur.

1. Kilig (Taqal dili) – Romantik bir hadisə baş verəndə mədənizdə kəpənəklərin uçduğu hissinin yaranması.

2. Boketto (Yapon dili) – Bir mənzərəni heç bir mənası olmadan və bir şey ifadə etməyə çalışmadan seyr etmək.

3. Ya’arburnee (Ərəb dili) – Çox dərindən sevdiyiniz biri olmadan yaşaya bilməyəcəyinizi düşündüyünüz üçün ondan öncə ölmək istəyinizi ifadə etmək. Söz “məni basdır” olaraq tərcümə oluna bilər.

4. Depaysement (Fransız dili) – Öz vətənində yaşamamaq, yaşadığın yerdə yad olmaq hissi.

5. Jayus (İndoneziya dili) - Çox uğursuz, gülməli olmayan və insanı məhz bu səbəbdən güldürən zarafat.

6. Culaccino (İtalyan dili) - Stəkanı stoldan götürdükdən sonra aşağısında qalan mayenin izi.

7. Greng-jai (Tai dili) – Bir insanın sizin üçün özünə ziyan edəcək yaxşılıq etməyini istəməməyiniz hissi.

8. Mecolek (İndoneziya dili) - Birinin çiyninə zarafatca vuraraq “təlxəklik” etmək.

9. Pana Po’o (Havay dili) - Unutduğunuz bir şeyi xatırlamaq məqsədi ilə başınızı qaşımaq.

10. Chi Ku (Çin dili) – “Qəzəbini yemək”. Bir insanın çətinliklərinə baxmayaraq, qəzəbli insan olmamaq bacarığı.

11. Gigil (Taqal dili) - Qarşıqoyulmaz dərəcədə şirin olan birini çimdikləmək istəyi. 

12. Kyoikumama (Yapon dili) - Bezmədən öz övladlarının akademik uğuruna təkan verən ana.

13. Cafune (Braziliyanın Portuqal dili) - Barmaqlarınızla birinin saçını nəzakətlə oxşamaq.

14. Yakamoz (Türk dili) - Ay işığının suda əks olunmağı.

15. Pochemuchka (Rus dili) - Çoxlu sual verən insan.

16. Verschlimmbessern (Alman dili) - Bir problemi düzəltməyə çalışarkən daha da pis etmək.

17. Zhaghzhagh (Fars dili) - Soyuqdan donarkən dişlərin titrəyərək bir-birinə toxunması.

18. Layogenic (Taqal dili) - Uzaqdan yaxşı görünən, amma yaxınlaşanda nə qədər pis olduğunun fərqinə vardığımız bir şey.

Z.Q.
www.oxu.az

pahoo.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri