22 
İyl
2017
21:10
268
36
11207
Virtual karabakh

Köhnə təkərləri sənət əsərinə çevirir - VİDEO

22 İyl, 2017
21:10
11207

Köhnə təkərləri sənət əsərinə çevirir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əslən Laçın rayonundan olan və avtomobil şüşələrinin təmiri ilə məşğul olan Fərhad Heydərov təkər tullantılarından hazırladığı əşyalarla görənləri heyran edir.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, tullantı olaraq zibilliyə atılan avtomobil şinləri onun əlində sənət əsərinə çevrilir.

Fərhad ustanın şinlərdən hazırladığı əşyaların yanından ötüb keçənlər bu maraqlı sənət əsərlərini heyrətlə izləyirlər.

Onun təkərdən əşyalar hazırlamaq qərarına necə gəlməsi isə ən azı bu sənət əsərləri qədər maraqlıdır.

Fərhad Heydərov təkərdən hazırladığı bir çox əşyaları maraqlanan adamlara satıb. Əşyaları hazırlamaq isə ona bir neçə günə başa gəlir. Ən çox vaxt aparan isə təkərdən hazırlanan divandır.

Fərhad Heydərov ona dəstək olarsa, tullantı təkərlərdən çoxlu sayda maraqlı əşyalar düzəldərək onları faydalı bir məhsula çevirə biləcəyini deyir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

 

 www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri