23 
İyl
2017
19:30
45
238
16974
Virtual karabakh

Dörd il zibil atılmayan evdən “unpacked” adlı FOTOSESSİYA + VİDEO

23 İyl, 2017
19:30
16974

Dörd il zibil atılmayan evdən “unpacked” adlı FOTOSESSİYA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2011-ci ildə fotoqraf Antonie Repesse radikal bir qərar verərək evdəki zibilləri atmamaq qərarına gəlir. Repesse marketdən evə daxil olan plastik su qablarından qazetlərə hər şeyi dörd il ərzində evdə saxlayır. Fotoqrafın bunun nəticəsi olaraq #365 Unpacked foto seriyasını ortaya çıxırarır. Foto seriyanın məqsədi həm də insanların istehlakdakı rolunu göstərmək idi.

Oxu.Az pahoo.az-a istinadən xəbər verir ki, Fransanın Lille şəhərində yaşayan sənətkar, dörd ilin axırında evində 70 kub metr (1.600 süd qutusu, 4.800 tualet kağızı, 8000 kq qazet) zibil yığmış oldu. Bunun ardından yığılan zibillər təyinatına uyğun olaraq evin fərqli yerlərinə bölünür. “Məqsədim işimə estetik gözəllik qazandırmaq idi” deyən fransız fotoqraf bununla da şəkillərin daha təsirli alındığını deyir.

Fotoqraf Antonie Repesse bu fotosessiya ilə həm də qlobal istişləşməyə və insanın ekoloji fəlakətdəki roluna da diqqət çəkməyə çalışıb. Fransa kimi bir çox Avropa ölkəsi qlobal istiləşmənin qarşısını almaq üçün plastik istifadəsinə müəyyən məhdudiyyətlər hətta qadağalar qoyur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri