Avq
2017
12:36
122
57
14642
Virtual karabakh

Messinin toyundan yığılan məbləğ açıqlandı

3 Avq, 2017
12:36
14642

Messinin toyundan yığılan məbləğ açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur futbolçu Lionel Messinin toyunda yığılan məbləğ açıqlanıb.

Oxu.Az-ın Qaynarinfo.az-a istinadən verdiyi məlumata görə, məşhur futbolçular və milyonçular da daxil olmaqla, 260 nəfərin iştirak etdiyi toydan xeyriyyə fonduna cəmi 9.5 min avro toplanıb. 

“Nəzərə alsaq ki, Xerard Pike öz toyundan sonra kazinoda 11 min avro uduzub, bu məbləğ gülməli görünür” – deyə “Marca” yazır.

Messi toplanan vəsaitin həcminin mediaya sızmasından narazı qalıb. İspaniyanın tanınmış teleaparıcısı Aleksandro Fantino isə toyda iştirak edənləri “xəsis varlılar” adlandırıb. 

Qeyd edək ki, “Barselona”nın hücumçusu toy mərasimində istifadə olunmayan qidaları da uşaq evinə göndərib. Xatırladaq ki, iyunun 30-da Lionel Messi və Antonella Rokuzzo arasında nikah mərasimi keçirilib.

İ.F.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri