Avq
2017
11:19
25
103
5243
Virtual karabakh

İranlı deputatların Mogeriniyə diqqəti lağlağıya səbəb olub - FOTO

7 Avq, 2017
11:19
5243

İranlı deputatların Mogeriniyə diqqəti lağlağıya səbəb olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident Həsən Ruhaninin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər etmiş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerininin bu ölkə parlamentində deputatlar tərəfindən ifrat diqqətlə qarşılanması ölkə daxilində etirazlara, sosial şəbəkələrdə isə lağlağı mövzusuna çevrilib.  

Oxu.Az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, iranlı millət vəkilləri Mogerinini görən kimi smartfonlarını çıxararaq onun fotolarını çəkməyə başlayıblar. Bir çoxları isə bir az uzaqdan da olsa, avropalı xanımla selfi edib. İranlı sosial şəbəkə istifadəçiləri bunu alçaldıcı və milləti pis vəziyyətdə qoymaq kimi qiymətləndiriblər. Digərləri isə iranlı parlamentariləri lağa qoyublar. Fotoları “Malena” filmindəki məşhur epizoda bənzədənlər olub. Filmdə kişilər baş rol ifaçısı Monika Belluççinin ətrafına toplaşaraq onun siqaretini yandırmağa cəhd edir. Bəzi istifadəçilər isə İran parlamentindəki epizodu “Belosnejka və 7 cırtdan” multfilminin kadrlarına oxşadıb.

İran prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri hadisəni şərh edərək bildirib ki, bu, siyasi yox, mədəniyyət məsələsidir. O qeyd edib ki, həmin millət vəkillərinin hər biri ilə ayrılıqda söhbət aparılacaq. Deputat Əlireza Səlimi isə öz həmkarlarının davranışını Qərbin qarşısında əyilmək kimi dəyərləndirib. Onun sözlərinə görə, parlamentin müvafiq komitəsi məsələ ilə bağlı araşdırma apara bilər.   

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri