11 
Avq
2017
10:55
43
426
24887
Virtual karabakh

Dağıstanda gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi - VİDEO

11 Avq, 2017
10:55
24887

Dağıstanda gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün Qafqazda olduğu kimi, Dağıstanda da gəlin maşınının yolunu kəsərək, uşaqların “şirinlik” istəməsi adətdir. Kimin cibindən nə çıxırsa, həmin uşaqlara “xərac” verəndən sonra təmtəraqla bəzədilmiş avtomobillər yoluna davam edir.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya “pulsuz” çatmaq istəyib.

Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən avtomobili onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib.

Videonun sonunda uşağın ayağa qalxmaq istədiyini görmək olar. Onun vəziyyəti barədə məlumat verilmir.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri