14 
Avq
2017
20:40
349
73
8346
Virtual karabakh

Yeni planet kəşf edildi – “Atatürk” adı verilə bilər + FOTO

14 Avq, 2017
20:40
8346

Yeni planet kəşf edildi – “Atatürk” adı verilə bilər + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli 3 alim Günəş sistemindən 212 işıq ili uzaqlığında Yupiterə bənzəyən planet kəşf etdiklərini açıqlayıblar.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Egey və Ankara Universitetlərinin mütəxəssislərinin 2007-ci ildən üzərində çalışdığı elmi proqram öz nəticəsini verib.

Tarixi kəşfə imza atan üç alimdən biri - professor Məsud Yılmaz yeni kəşfləri barədə bunları deyib:

“Biz - türk alimləri ilk dəfə bir planet kəşf etdik. Bunun qürur və xoşbəxtliyini yaşayırıq. Yeni planet Yupiterdən 1,5 dəfə böyükdür. 10 illik zəhmətimizin qarşılığını da bu cür almış olduq. Yeni kəşf olunan planet haqqında dünyanın ən nüfuzlu elmi astronomiya jurnalı olan “Astronomy&Astrophysics”də bu barədə məqalə dərc etdirdik”, - deyə alim bildirib.

Məlumata görə, planetdə yaşayış mümkün deyil.

Planetə “Türk”, “Türk 1” və ya “Atatürk” adlarının veriləcəyi açıqlanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri