15 
Avq
2017
10:34
122
81
6585
Virtual karabakh

Hollandiyada yaşlı cütlük bir yerdə ölməyə qərar verərək, həyatlarına son qoyub

15 Avq, 2017
10:34
6585

Hollandiyada yaşlı cütlük bir yerdə ölməyə qərar verərək, həyatlarına son qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollandiyada yaşlı cütlük evtanaziya yolu ilə eyni vaxtda həyatlarına son qoyub.

Oxu.Az-ın Lenta-ya istinadən verdiyi xəbərə görə, Didan şəhərinin sakinləri - 91 yaşlı Nik və Tris Elderxorst qohum və yaxınlarının ətrafında həyatları ilə vidalaşıb.

Onların övladlarından biri bildirib ki, ölməmişdən əvvəl onlar əl-ələ verib bir-birini öpüblər.

Yaşlı cütlük 65 il ailə həyatı sürüb. Son illər hər ikisinin səhhətində ciddi problemlər yaranıb. Nik keçirdiyi insultdan sonra çətinliklə hərəkət edib. Tris yaddaşını itirməkdən əziyyət çəkib. O, Nikin ölümündən sonra qocalar evinə düşməkdən qorxub və əri ilə birlikdə ölmək istədiyini söyləyib.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri