20 
Avq
2017
21:00
62
86
8830
Virtual karabakh

"Facebook"un qurucusu Mark Zukerberq haqqında — BİLMƏDİKLƏRİMİZ

20 Avq, 2017
21:00
8830

"Facebook"un qurucusu Mark Zukerberq haqqında — BİLMƏDİKLƏRİMİZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Facebook" bu gün ən məşhur sosial şəbəkələrdən biridir. Hesablamalara görə bu sosial şəbəkənin istifadəçiləri bir milyarddan çoxdur. Azərbaycanda da "Facebook" kifayət qədər məşhurdur.

Oxu.Az ölkə.az-a istinadən, Zukerberq haqqında bilmədiyimiz bəzi maraqlı faktları çatdıracaq.

Mark Zukerberq 1984-cü ilin 14 may tarixində Nyu-York ştatının Vayt Pleyns şəhərində anadan olub. Onun atası diş həkimi, anası isə psixiatr olub. Mark Edvard və Karenin yeganə övladıdır. 

Hələ uşaq yaşlarında istedadlı olduğu üçün bir çox şirkət Marka iş təklifi edir. Bu təkliflərin hamısından imtina edən Zukerberq karyerasını başa vurmağa qərar verir.

Mark Zukerberq sahib olduğu sərvətlə dünyanın ən gənc varlısıdır.

Məktəb illərində göstərdiyi fəaliyyət ilə "Microsoft" şirkətinin diqqətini çəkir. Şirkət Zukerberqə iş təklif edir. Amma Mark bu təklifi rədd edib Harvard universitetinə daxil olur.

Mark Zukerberq daltonik olduğu üçün "Facebook" sosial şəbəkəsinin loqosu mavi rəngdədir.

Mark əla proqram yaza bilir və ilk dəfə 10 yaşında bu işi görüb.

Zukerberq ingilis dilindən əlavə Çin dilinin Mandarin ləhcəsində də danışa bilir.

Zukerberq "Facebook" sosial şəbəkəsini universitetin yataqxanasında qurub. Bir çox nəhəng texnologiya şirkəti Marka ideyanı satmağı təklif edib. Amma Zukerberq bol sıfırlı rəqəmlərdən imtina edib.

Çinli bir qadınla ailə həyatı qurub.

Gözdən uzaq sadə həyat tərzini sevən Zukerberq Havay adalarında 100 milyon dollara bir ərazi alaraq orada yaşamaq istəyir.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri