18 
Avq
2017
20:51
159
53
10833
Virtual karabakh

Konor Makqreqor: Ulduza çevrilən irlandiyalı santexnik

18 Avq, 2017
20:51
10833

Konor Makqreqor: Ulduza çevrilən irlandiyalı santexnik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konor Makqreqor dünyanın ən güclü döyüşçülərindən biridir. UFC-nin yüngül və yarım-yüngül çəki kateqoriyalarının çempionu, döyüş idman növlərinin kralı hesab olunan irlandiyalı, məğlubedilməz Floyd Meyvezer ilə 12 raundluq boks döyüşünə hazırlaşır.

Oxu.Az xəbər verir ki, indi Makqreqor hər kəsin sevdiyi ulduz olsa da, bu həmişə belə olmayıb. Notorious (inglis dilindən tərcümədə - “pis ad qazanmış”, “qəddar”) ləqəbli döyüşçü Dublin şəhərinin ətrafında, işçi ailəsində böyüyüb və çirklənmiş məşq zallarından, santexnik köməkçisi kimi işləməkdən, dünya şöhrətli idmançı olana qədər uzun bir yol qət edib.

Konor Makqreqor 14 iyul 1988-ci ildə anadan olub. Valideynləri Toni və Meqz iddia edirlər ki, körpə yumruqlarını sıxmış vəziyyətdə dünyaya gəlmişdir.

Konor gənclik illərini Dublinin kənarında yerləşən Kramlində keçirib. O, idmanla maraqlanırdı, əsasən də futbol ilə, “Mançester Yunayted” klubuna azərkeşlik edirdi və “Luders Seltik” klubunda top qovurdu. Kramlinin boks klubunda məşq edirdi və qarışıq döyüş növləri ilə ilk tanışlığı da məhz burada oldu.

Dublində, sonradan onun məşqçisi olacaq Con Kavana ilə tanış olur. Makqreqor Kavanaya məxsus məşq zallarından birinə gedirdi və sparrinq zamanı onun ən yaxşı iki yetirməsini döymüşdü. Kavana isə öz növbəsində, onu yerə yıxaraq, Konordan küçədə döyüşmək əvəzinə, zalda məşq edəcəyi sözünü alanacan, ona ard-arda zərbələr endirməyə başlayır.

Makqreqor santexnik işini, hesablarını və yemək pulunu ödəmək üçün bir vasitə kimi hesab edirdi. Elə olurdu ki, 12 saat işlədikdən sonra, zala gedərək məşq edirdi. Elə burada, gələcək həyat yoldaşı Di Devlin ilə tanış olur.

Diqqətini tam məşqlərinə vermək üçün, işini atmasına valideynləri o qədər qarşı idi ki, hətta az qalsın atası ilə dava edəcəkdilər. “Mən milyonçu olanda peşman olacaqsan” – Konor atasına bucür qışqırmışdı.

2008-ci ilin martında Makqreqor ilk dəfə qarışıq döyüşlərdə iştirak edir və Qari Morrisi ikinci raundda məğlub edir. Ona dünya şöhrəti gətirən qələbə seriyasından öncə, ikisini məğlub başa vurduğu daha 6 döyüş keçirir.

6 aprel 2013-cü ildə Makqreqor UFC-də debüt edir. İlk görüşündə Markus Brimec ilə görüşən irlandiyalı, onu ilk raundda nokauta göndərir. Bu döyüşdən  bir həftə öncə, Konor 235 dollar sosial müavinət almışdı, qələbədən sonra isə, gecənin ən yaxşı döyüşü seçildiyi üçün, UFC-dən 60 min dollar bonus qazanır. 

UFC-dən öncə Makqreqor köhnə Peugeot 206-ya sahib idi. 460 min dollara aldığı BMW i8  və Mercedes S-Class ilə birlikdə, indi onun maşın kolleksiyası 6 avtomobildən ibarətdir. 

12 dekabr 2015-ci ildə Makqreqor braziliyalı Joze Aldunu görüşün 13-cü saniyəsində nokauta göndərir. Bu UFC tarixinin ən tez qələbəsidir.

Həmçinin Makqreqora MMA tarixinin ən tez nokautu da aiddir. O, 16 aprel 2011-ci ildə, Peddi Doertini 4 saniyəyə məğlub etmişdir.

5 may 2017-ci ildə Makqreqorun oğlu dünyaya gəlib.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri