18 
Avq
2017
20:38
192
94
8165
Virtual karabakh

Yer kürəsinə tarixin ən böyük asteroidi yaxınlaşır

18 Avq, 2017
20:38
8165

Yer kürəsinə tarixin ən böyük asteroidi yaxınlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayında Yer kürəsi yaxınlığından NASA-nın müşahidə apardığı tarixdə ən böyük asteroid keçəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbərinə görə, NASA-nın məlumatına əsasən, diametri 4,4 kilometr olan “Florence” asteroidi 1 sentyabr 2017-ci il tarixdə Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.

“Bəzi asteroidlər Yerə “Florence”dən daha yaxın məsafədə yaxınlaşıblar, lakin onların hamısının ölçüləri kiçik olub. “Florence”  — NASA-nın səma cismlərinin aşkar edilməsi və izlənilməsi layihəsi çərçivəsində Yer kürəsinə yaxınlaşacaq ən böyük asteroid olacaq”, - NASA-nın Pasadenadakı nümayəndəsi Pol Xodas deyib.

Ekspertlər əmin edirlər ki, asteroidin Yerə yaxınlaşması təhlükəli deyil.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri