21 
Avq
2017
11:05
70
34
1874
Virtual karabakh

ABŞ-da it fəxri ada layiq görüldü

21 Avq, 2017
11:05
1874

ABŞ-da it fəxri ada layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Oreqon ştatının Makminvil şəhərində retriver cinsli it qaldığı evin həyətində narkotik maddə tapıb.

Oxu.Az Lenta-ya istinadən məlumat verir ki, paketdə tapılan heroinin dəyəri 85 min ABŞ dollarıdır.

İtin sahibləri sevimli heyvanlarının içində gələcək nəsillər üçün ismarıc daşıyan kapsul aşkarladığını hesab ediblər. Kapsulun açılmasını videoya çəkən ev sahibləri naməlum maddənin  nə olduğunu müəyyən etmək üçün polisə zəng vurub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tapıntının 85 min dollar dəyərində olan 425 qr heroin olduğunu müəyyən edib.

Yaxmil dairə şerifi Tim Svenson itə təşəkkürünü bildirərək ona hədiyyə lenti bağışlayıb. İt narkotik vasitələrin axtarışı ilə məşğul olan polis itləri bölüyünün fəxri üzvü təyin edilib.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri