22 
Avq
2017
03:00
150
41
9241
Virtual karabakh

Tam Günəş tutulması baş verib – YENİLƏNİB

22 Avq, 2017
03:00
9241

Tam Günəş tutulması baş verib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 21-də tam Günəş tutulması baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edib. 

Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub. Günəş tutulması saat 01:04-də sona çatıb.

Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

21.08.2017 22:01

ABŞ ərazisində “tam Günəş tutulması” başlayıb.

Oxu.Az-ın xəbərinə görə, təbiət hadisəsini ilk olaraq Oreqon ştatının sakinləri qarşılayacaqlar. 

Son 99 ildə ilk dəfə bu hadisə ABŞ-ın materik hissəsini də əhatə edəcək. 

Ümumilikdə 14 ştatın sakinləri bu hadisəni görə biləcəklər.   

Növbəti belə hadisə 20 aprel 2060-cı ildə baş verəcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri