22 
Avq
2017
13:46
106
71
5353
Virtual karabakh

Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır

22 Avq, 2017
13:46
5353

Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər Marsda gecələr qar yağdığını bildiriblər.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, "Centre National de la Recherche Scientifique" mərkəzinin amerikalı və fransız tədqiqatçıları Qırmızı Planetdə gecələr qar yağdığını müəyyən ediblər.

Alimlərin fikrinə əsasən Marsın arxa tərəfində, 10-20 km hündürlükdə quru buz və ya donmuş karbon qazından buludlar yaranır. Günəş batdıqdan sonra buzun bir hissəsi planetin üzərinə enir və güclü külək əsl qar fırtınası yaradır.

Tədqiqatçılar qeyd ediblər ki, qarın yüksək sürətlə hərəkəti qədim Mars atmosferində suyun yoxa çıxma səbəblərindən biri ola bilər. Yeni kəşf Mars və digər kosmik obyektləri daha yaxşı tədqiq etməyə imkan yaradacaq.

Qeyd edək ki, 2008-ci ildə "Phoenix" Mars aparatının köməyi ilə planetdə qar yağışı qeydə alınıb. Qarın analizindən sonra onun tərkibində donmuş su kristalları aşkar edilmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri