25 
Sen
2017
00:33
329
21
8293
Virtual karabakh

ABŞ-da polis tərəfindən cərimələnən satıcı üçün 70 min dollar toplandı – VİDEO

25 Sen, 2017
00:33
8293

ABŞ-da polis tərəfindən cərimələnən satıcı üçün 70 min dollar toplandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə Kaliforniya ştatında baş verib.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, stadionun yaxınlığında icazəsiz hot-doq satan Beto adlı şəxs polis əməkdaşı tərəfindən cərimələnib. O, satıcının portmanatını götürərək, qazandığı 60 dolları da əlindən alıb. Orada olan digər satıcılara isə şifahi xəbərdarlıq edilib.

Bu vaxt ailəsi ilə orada olan Martin Flores adlı yerli sakin baş verənlərdən hiddətlənərək, polisin hərəkətinin qanunsuz olduğunu bildirib.

O, cərimələnən satıcıya yardım etmək üçün dəstək kampaniyası başladıb və bir neçə gün ərzində 70 min dollar toplayıb. Polis əməkdaşının vəzifədən kənarlaşdırılmasına isə 34 mindən çox insan imza atıb.

 

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri