16 
Sen
2017
22:40
175
57
8768
Virtual karabakh

“Qara” planet aşkar edildi - FOTOLAR

16 Sen, 2017
22:40
8768

“Qara” planet aşkar edildi - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik “qara” planet aşkarladıqlarını açıqlayıblar.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə “WASP-12b” adını veriblər.

T.Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür.

Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. “Qara” planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir. Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar “WASP-12-b”dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri