22 
Sen
2017
12:19
155
28
4485
Virtual karabakh

30 ilə 145 diplom alan hindistanlı – FOTO

22 Sen, 2017
12:19
4485

30 ilə 145 diplom alan hindistanlı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Çennai şəhərində dərs deyən professor Partiban 30 il ərzində 145 diplom alıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Partibanın müxtəlif sahələrdə dərəcələri var və kolleclərdə 100-dən artıq dərs deyir. Professorun nailiyyətləri siyahısında hüquq, kommersiya, incəsənət, inzibatçılıq və digər sahələr üzrə magistr dərəcələri var. 50 yaşlı professorun sözlərinə görə, o, hər zaman yeni bir şeylər öyrənmək həvəsindədir. 

“30 ildir ki imtahanlara hazırlaşmaqla və yeni diplomlar almaqla məşğulam. Hər bazar günü ya imtahan verirəm, ya da tədqiqat işi yazıram”, - deyə professor bildirib.

Belə böyük dərs yükünün əks tərəfi də var. Partiban insanların üzlərini və marşrutları yadda saxlaya bilmir. Hər gün istifadə etdiyi yolda belə insanlardan kömək istəyir.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri