22 
Sen
2017
20:05
233
68
3313
Virtual karabakh

Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirildi – FOTO

22 Sen, 2017
20:05
3313

Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Avtomobilsiz Günü (World Carfree Day) münasibətilə sentyabrın 22-də Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Bakıda maarifləndirmə xarakterli kütləvi aksiyalara start verilib.

Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə “İş yerinə velosipedlə!” şüarı altında veloyürüş keçirilib. İki yüzdən çox velosipedçi, skeytbordçu və rollerin iştirakı ilə keçirilən yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadəni, eləcə də piyada gəzməyi təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə verməkdir.

“Azneft” dairəsindən başlayan veloyürüş Heydər Əliyev Mərkəzində başa çatacaq.

Daha sonra tədbir Mərkəzin parkında maarifləndirici və əyləncəli proqramlarla davam etdiriləcək. Burada ekstrim velosipedçi və skeytbordçuların şousu, uşaqlar üçün velosiped təlimləri, velosipedlərdən təhlükəsiz istifadə ilə bağlı məlumatlandırma xarakterli oyun və bilik müsabiqələri keçiriləcək. Həmçinin Azərbaycanda istehsal olan “ISMA BIKES” velosipedlərinin sərgisi, velodizayner Rafael Həmidoğlunun hazırladığı qeyri-adi əl işi velosipedlərinin nümayişi, musiqi və digər sürprizlər təqdim olunacaq.

Ətraf mühitin mühafizəsinə həsr edilmiş Ümumdünya Avtomobilsiz Gününün geniş miqyasda qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 35 ölkəsindən 1500-dən çox şəhər qatılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri