Okt
2017
22:57
369
64
17546
Virtual karabakh

Yeni yaradılan Şamaxı Safari Parkı – VİDEO

Şamaxı Safari parkı yaxın günlərdə tam istifadəyə veriləcək. 

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, 480 hektarlıq ərazini gəzmək uşaqlar üçün pulsuz olacaq.

Parka gələn turistlər burada vəhşi heyvanları görə, onların şəkillərini çəkə və ətraflı məlumat ala bilərlər.

Safari parkının rəhbərliyi bildirir ki, turist qəbulu üçün hazırlıqlar tamamlanmaq üzrədir.

Safari parkına giriş ödənişli olacaq. 6 yaşa qədər pulsuz, 16 yaşına qədər olan uşaqlara isə 50 faiz endirim olacaq.

Hazırda parkda 800-dən çox heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Oxu.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

E.Ə.
www.oxu.az