15 
Okt
2017
22:15
22
218
12210
Virtual karabakh

Ağcabədidə evdən gələn qəribə səslər ailəni təşvişə salıb - VİDEO

15 Okt, 2017
22:15
12210

Ağcabədidə evdən gələn qəribə səslər ailəni təşvişə salıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsi naməlum hadisə ilə üzləşib.

Oxu.Az xezerxeber.az-a istinadən bildirir ki, qaranlıq düşən kimi evdən qəribə səslər gəlir. Gecə saatlarında isə bu səslər daha da çoxalır.

Ev sahibi Səməndar Əliyev deyir ki, bu hadisə təxminən 10 il əvvəl də olub və sonradan səslər kəsilib. Son 2 ayda isə yenidən evin zirzəmisindən müxtəlif səslər gəlməyə başlayıb.
Ailə üzvləri evdə hansısa varlığın gəzdiyinə inanırlar. Mətbəxdə qablardan səslərin gəlməsi isə onların qorxularını daha da artırıb.

Bu hadisədən xəbər tutan kənd sakinləri bunu müxtəlif cür yozublar. Bəziləri bunu evdə cinlərin olması ilə əlaqələndiriblər. Ev sahibləri isə buna inanmır.

Ev sahibi bununla baglı sadəcə din xadimlərinə müraciət edib. Gecələr çıxan müəmmalı səslər isə hələ də davam edir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri