22 
Okt
2017
22:56
35
150
21012
Virtual karabakh

Dünyanın 10 lənətlənmiş adamı – SİYAHI

22 Okt, 2017
22:56
21012

Dünyanın 10 lənətlənmiş adamı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Kulis.az-a istinadən "Dünyanın 10 lənətlənmiş adamı”nı təqdim edir.

 
Adəm peyğəmbərin oğlu. Rəvayətə görə qardaşı Habili öldürərək ilk insan qatili kimi tarixə düşüb.

İslam qaynaqlarına görə İbrahim peyğəmbəri oda atdıran şahdır.

 
Musa peyğəmbərə yəhudiləri də götürüb Misiri tərk etməyə icazə verir. Bir qədər sonra bu addımına görə peşman olur və qoşunla birlikdə yəhudilərin izinə düşür. Əfsanəyə görə Qırmızı dənizin sahilə çatanda firon görür ki, dəniz ortadan yarılıb, yəhudilər keçib gedirlər. Firon da qoşunu ilə birlikdə keçmək istəsən dəniz yenidən birləşir, o da ordusu ilə birgə qərq olur. Bəzi mənbələrə görə II Ramzes məhz həmin firondur.

 
Roma imperatoru. Əxlaqsız davranışları, Romanı yandırması və antixristian mövqeyi ilə məşhurdur. 

Məhəmməd Peyğəmbərin əmisi. Əsl adı Əbdülüzza olsa da, Əbu Ləhəb, yəni "Atəşlər Atası” kimi tanınır. Peyğəmbərə və İslama sonsuz nifrət edirdi, hər fürsətdə qarşı çıxırdı. Quranda "Əbu-Ləhəb” surəsi var. Lənətlənmiş şəxsdir.

Əməvi sülaləsinin ikinci xəlifəsi. 680-cı ildə hakimiyyətə gələndən sonra İmam Hüseyndən biət etməyi tələb edir. Yezidə boyun əyməyən İmam Hüseyn Kufəyə yollanır. Kərbəla adlanan çöldə ailəsi və tərəfdarları ilə birgə qətlə yetirilir.

Vlad Tepeş kimi də tanınır. Valaxiya şahzadə olan Drakula rəvayətə görə 23.884 min türk və bulqarın həyatına son qoyub. Ölməzlik üçün insanların qanını içirmiş. "Drakula” tərcümədə "əjdəhanın oğlu” deməkdir. Brem Stokerin 1897-ci ildə yazdığı "Drakula” romanı ilə məşhurlaşaraq qorxu filmlərinin vazkeçilməz personajına çevrilmişdir.
 

Nasist Almaniyasının rəhbəri. 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti. İkinci Dünya müharibəsinə əsas rol oynayan şəxslərdən biri. Holokost, o cümlədən, bir çox bəşəri cinayətlər onun adı ilə bağlıdı.

III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımında təqsirli bilinir. Beljets, Sobibor, Treblinka kimi ölüm düşərgələrinin yaradıcısıdır. Deyilənə görə evindəki mebel və kitablar yəhudi qurbanların sümük və dərilərindən hazırlanıbmış.
 

Osvensim ölüm düşərgəsində apardığı ölümcül eksperimentləri ilə tanınan alman həkim. 2 milyondan çox insanın öldürülməsində günahkar bilinir. Anesteziyadan istifadə etmədən bir çox əsir üzərində tibbi əməliyyatlar aparmışdır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri