18 
Okt
2017
15:40
113
26
5275
Virtual karabakh

Ayda böyük mağara tapılıb

18 Okt, 2017
15:40
5275

Ayda böyük mağara tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kaguya” kosmik aparatı vasitəsilə aparılan müşahidələr zamanı Ayın səthində 50 kilometr uzunluğunda mağara aşkarlanıb. Mütəxəssislərin fikrincə, mağara gələcəkdə astronavtlar üçün sığınacaq kimi istifadə oluna bilər.

Oxu.Az-ın xəbərinə görə, ekspertlər qeyd edirlər ki, mağara 3,5 milyard il bundan əvvəl vulkan püskürməsi zamanı yaranıb. O, Marius təpələri adlı lava günbəzlərinin altında yerləşir.

Astronomlar hesab edirlər ki, mağarada astronavtların daimi bazası inşa oluna bilər. İnsanlar burada Günəş radiasiyası və kosmik şüalardan qorunacaqlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri