22 
Okt
2017
22:40
125
36
5253
Virtual karabakh

Genetik modifikasiya olunmuş toyuq yumurtası xərçənglə mübarizə aparacaq

22 Okt, 2017
22:40
5253

Genetik modifikasiya olunmuş toyuq yumurtası xərçənglə mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın “Cosmo Bio Co” şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun (AIST) tədqiqatçıları ilə birgə insan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdiriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, AIST-nin tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində aparılan eksperimentləri müvəffəqiyyətlə başa çatdırıblar. GM-sperması ilə mayalanan yumurtahüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur.

Qeyd edək ki, insanın immun sistemi üçün çox vacib olan beta-interferon, xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır.

Yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri