22 
Okt
2017
17:06
156
24
3578
Virtual karabakh

Sınıqlar insan sümüyündən hazırlanan vintlərlə birləşdiriləcək

22 Okt, 2017
17:06
3578

Sınıqlar insan sümüyündən hazırlanan vintlərlə birləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın Qrats Universiteti və "Surgebright" alman startapının biomexanika üzrə mütəxəssisləri tərəfindən insan sümüklərindən istifadə olunmaqla cərrahiyyə vintlərinin hazırlanması üçün yeni metodika işlənilib.

Bu barədə Oxu.Az xarici KİV-ə istinadən məlumat verir.

Məlum olduğu kimi, cərrahlar sümük sınıqlarını birləşdirmək üçün bio-uyğun material hesab edilən titan və paslanmayan poladdan hazırlanan vintlərdən istifadə edirlər. Metal vintlər möhkəm və ağır çəkiyə malik olduğundan xəstələrdə tez-tez narahatçılıq yaradır. Onları çıxartmaq üçün isə yeni əməliyyata ehtiyac duyulur.

Avstraliyalı və almaniyalı biomexanika üzrə mütəxəssislər Shark Screw adlı metal vintləri insanın bud sümüyünün qalın və möhkəm orta hissəsindən hazırlanmış vintlərlə əvəz etməyi təklif ediblər. Sümük vintləri "Surgebright" Berlin startapı və Almaniyanın Hüceyrə və Toxumaların Köçürülməsi İnstitutu (DIZG) tərəfindən birgə istehsal olunur. Vintlərdən Avstriyanın 14 klinikasının cərrahları istifadə edirlər. Biomaterialdan istifadə etməzdən öncə onun davamlılığı, epidemioloji təhlükəsizliyi və digər xüsusiyyətləri yoxlanılır.

Hazırda ayaq sümükləri və üz-çənə cərrahiyyəsi əməliyyatları üçün nəzərdə tutulmuş yeni dizaynlı vintlərin hazırlanması istiqamətində işlər davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri