14 
Okt
2018
10:55
33
149
9586
Virtual karabakh

Tünzalənin oxuduğu əbədi eşqin hekayəsi: “Mihriban” türküsü – FOTO/VİDEO

14 Okt, 2018
10:55
9586

Tünzalənin oxuduğu əbədi eşqin hekayəsi: “Mihriban” türküsü – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəqin ki, “Çukur” serialı ilə daha da məşhurlaşadan “Mihriban” türküsünü hamınız eşitmisiniz.

Bu yaxınlarda isə Əməkdar artist Tünzalə Ağayeva da həmin şeirə yeni musiqi yazıb.

Dillər əzbəri olan mahnının hekayəsi barədə isə çox az adam bilir.

Oxu.Az “Mihriban” türküsünün yaranma hekayəsini təqdim edir.

Sən demə, bu, 1960-cı ildə yaşadığı ölümsüz eşqi kəlimələriylə əbədiləşdirən Abdürrahim Karakoçun əsl adını gizləyib, “Mihriban” deyə çağırdığı o gözəl Anadolu qızının hekayəsidir...

Kənddə toy olacaq deyə qonşu rayonlardan qonaqlar gəlməyə başlayır. Həmin ərəfələrdə gənc Abdürrahim kənddə yeni bir qızla qarşılaşır, həmin qız isə qonşunun toyuna gələn qonaqlardan biri olur. O, adı kimi özü də mehriban, gülər üzlü, şəfqətli Mihribanla tanış olur.

Qızın qonaq qaldığı müddət uzandıqca, aralarındakı eşq də alovlanmağa başlayır. Bir gün Abdürrahim Mihriban adını qoyduğunu sevgilisini görməyə gedir və məlum olur ki, qonaqlar oranı tərk edib.

Abdürrahim üçün həyat mənasızlaşmağa başlayır. Özünə qapanan gənc əzab çəkir. Onun psixoloji halının pisləşdiyini görən ailə qızı tapmaqdan ötrü Maraş şəhərinə yollanır. 

Axtarışlar uzun çəksə də, onlar ailəni tapmağa müvəffəq olurlar. Ailəsi öncə “Qızımız hələ kiçikdir” bəhanəsini uydurur. Daha sonra Karakoç ailəsinin israrlarını görüb gerçəyi - qızın nişanlı olduğunu deyirlər.

Abdürrahim ailəsi geri dönəndən sonra onların üzündəki ifadədən hər şeyi anlayır və həqiqəti eşidir. Sevgisini qəlbində basdırmağa çalışsa da, yeddi il sonra içindəki eşqin hələ də alovlandığını görür. Buna səbəb isə yaxın dostlarından birinin yolda Mihribanla qarşılaşdığını Abdürrahimə deməsi olur. Dostuna heç nə bəlli etməsə də, o, gedəndən sonra “Lampada titrəyən alov üşüyür” kimi dərin mənalı cümlələrin olduğu bu şeiri yazır:

Sarı saçlarına deli gönlümü

bağlamıştın, çözülmüyor, Mihriban.

Ayrılıktan zor belleme ölümü

Görmeyince sezilmiyor, Mihriban.

Yar deyince kalem elden düşüyor,

Gözlerim görmüyor, aklım şaşıyor.

Lambada titreyen alev üşüyor

Aşk kağıda yazılmıyor, Mihriban.

Önce naz, sonra söz ve sonra hile,

Sevilen seveni düşürür dile.

Seneler, asırlar deyişse bile,

Eski töre bozulmuyor, Mihriban

Tabiplerde ilaç yoktur yarama,

Aşk deyince ötesini arama.

Her nesnenin bir bitimi var ama,

Aşka hudut çizilmiyor, Mihriban

Boşa bağlanmış bülbül gülüne,

Kar koysan köz olur aşkın külüne.

Şaştım kara bahtım tahammülüne,

Taşa çalsam ezilmiyor , Mihriban.

Tarife sığmıyor aşkın anlamı,

Ancak çeken bilir bu derdi qamı.

Bir kördüğüm baştan sona tamamı

Çözemedim, çözülmüyor, Mihriban.

O şeir illər sonra Musa Eroğlunun notları ilə musiqi formasına düşür. Həmin bəstə Türkiyənin gerçəklərini, sevginin necə saf, təmiz olduğunu ortaya çıxarırdı. Bu şeir türkü olandan sonra hər yerə yayılır. Özü haqqında yazılan mahnı təbii ki, Mihribanın da qulaqlarına gəlib çatır.

Abdürrahimə bir məktub yazır və “Unutmaq asan deyil” deyə ona cavab yazır. Bundan sonra Abdürrahim ona həsr etdiyi ikinci şeirini ərsəyə gətirir.

“Unutmak kolay mı?” deme,

Unutursun, Mihribanım.

Oğlun, kızın olsun hele

Unutursun, Mihribanım.

Zaman erir kelep kelep...

Meyve dalında kalmaz hep.

Unutturur bir çok sebep,

Unutursun, Mihribanım.

Yıllar sinene yaslanır;

Hatıraların paslanır.

Bu deli gönlün uslanır…

Unutursun, Mihribanım.

Süt emerdin gündüz-gece

Unuttun ya, büyüyünce…

Ha işte tıpkı öylece

Unutursun, Mihribanım.

Gün geçer, azalır sevgi;

Deyişir her şeyin rengi

Bu gün deyil, yarın belki,

Unutursun, Mihribanım.

Düzen böyle bu gemide;

Eskiler yiter yenide.

Beni deyil, sen seni de

Unutursun, Mihribanım.

Nə adı Mihriban idi, nə də saçları sarı...

Karakoç hekayə ilə bağlı verdiyi bir müsahibədə Mihribanı bir daha görmək istəmədiyini deyir: 

“Onu sonuncu dəfə olsa belə görmək istəməzdim. O, məni xəyalındakı kimi yaşatsın, mən də onu. O eşq məsum, gözəl bir eşq idi. İcazə verək, elə də qalsın. Nə adı Mihriban idi, nə də saçları sarı...”

Və sözlərinə belə davam edir:

“Gəncliyimdə yaşadığım bir eşq idi, ancaq indi adını deməyim düzgün olmaz, ayıbdır. Masa arxasındakı xəyalən qurulmuş bir eşq bu dadı, ləzzəti vermir. Yaşamalısan ki, yazasan. Həmin dövrlərdə elektrik yox idi, lampa işığında yazırdım. Şeirə başlayanda lampadakı alov titrəməyə başladı və “Lambada titreyen alev üşüyor” ifadəsi yazıldı... 

Gözəl, tərtəmiz bir sevgi idi. Tərtəmiz də ayrıldıq. Ondan başqa heç kimi sevmədim. Düşünürəm ki, oxucu bu şeirdə özünü tapdı. Çünki hər kəsin həyatında bir Mihriban var...”

“Mihriban” türküsü Mahsun Kırmızıgül, Cem Adrian və bir çox sənətçilər tərəfindən oxunub. Eləcə də, “Unutursun, Mihribanım” əsəri bir neçə müğənninin repertuarında yer alıb. Ancaq heç biri Musa Eroğlunun səsləndirməsi qədər populyarlıq qazanmayıb...

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri