15 
Okt
2018
11:50
19
32
6106
Virtual karabakh

Yaponları ağlamağa çağırdılar

15 Okt, 2018
11:50
6106

Yaponları ağlamağa çağırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada çox sayda məktəb və şirkətlər şagirdləri və əməkdaşlarını stressdən azad olmaq və psixoloji sağlamlığını qorumaq üçün ağlamağa çağırıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Japan Times” nəşri məlumat yayıb. 

Ekspertlərin fikrincə, şadlığın və ya kədərin göz yaşları insanda gərginliyi azaltmağa və əsəb sistemini sakitləşdirməyə yardım edir. 

“Ağlama daimi stressdən qorunmaq üsuludur”, - Nippon Tibb Universitetinin professoru Cunko Umixara deyib. 

Qəzet yazır ki, Xidefumi Yeşida orta məktəbində beş ildən çoxdur ağlamaq üçün xüsusi dərslər keçirilir. Bu dərslərdə insanlara ağlamaqla stressdən azad olma üsulları göstərilir. 

“Əgər həftədə bir dəfə ağlasanız, siz stressiz həyata sahib ola bilərsiniz”, - Yeşida bildirib. 

Onun sözlərinə görə, bu, gülüş və ya yuxudan daha effektiv üsuldur. 

Yaponiyada ağır iş şəraiti və stress səbəbindən tez-tez ölüm halları qeydə alınır. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri