18 
Okt
2018
11:11
25
256
6544
Virtual karabakh

Ermənilər alban mədəniyyətini məhv edib - FAKTLAR

18 Okt, 2018
11:11
6544

Ermənilər alban mədəniyyətini məhv edib - FAKTLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarında və hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazilərdə albanlara məxsus çox sayda məbədlər və arxitektura nümunələri mövcuddur. Bu, həmin ərazilərdə vaxtilə albanların yaşadığını təsdiq edir. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində keçirilən “Müstəqilliyə aparan yol – tarixi həqiqətlər prizmasından” dəyirmi masasında çıxış edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib. 

Tarixçi bildirib ki, hazırda bu qədim məbədlər ya erməniləşdirilirib və ya tamamilə məhv edilib. 

“Tarixi Qafqaz Albaniyasında yaşayan etnik qrupların məbədləri hazırda erməni broşurlarında və enerji resurslarında “qədim ermənilərin yaşayış məskəni” kimi təqdim edilir. Aldadılmış əcnəbi turistlər bu ərazilərdə “qədim ermənilərin mirasları” ilə qarşılaşdıqlarına inanır və daha sonra ölkələrində erməni tarixi ilə bağlı yalan məlumatlar yayırlar. 

Qafqaz Albaniyasının mirasları və onların işğal altındakı Azərbaycan torpaqlarında, eləcə də, Ermənistan ərazisindəki vəziyyəti ilə bağlı zəngin faktoloji, arxiv və tədqiqat materialı mövcuddur. 2011-ci ildə Peterburq arxivlərindən tapılan rus-sovet ermənişünası İosif Abqaroviç Orbelinin 1919-cu ildə yazdığı “Gəncəsar və Hovatsptuk yazıları” Sankt-Peterbruqdakı Azərbaycan nəşrinə çatdırıldı. Orbelinin əsəri alban yazılarının öyrənilməsində, erməni yalanlarını üzə çıxarmaqda yardımçı oldu”, - Hüseynov əlavə edib. 

1922-ci il yanvarın 8-də Orbelinin “Gəncəsar və Hovatsptuk yazıları” kitabının nəşrinin gecikdirilməsi ilə bağlı məktubunu diqqətinizə çatdırırıq:

“Kitabın ön sözünün yazılmasından beş il, əsas səhifələrinin hazırlanmasında yeddi il, əlyazmaların yığılmasından isə 13 il ötüb. Mən yenidən Xaçenə gedəcəyimə az ümid edirəm. Mümkün qüsurlardan çox narahatam. İnsanın və təbiətin birgə məhv etdiyi qədim abidələrlə bağlı materialların dərc olunmasının vacibliyinə əminəm. 8 yanvar 1922. İ.O.”

Tarixçinin sözlərinə görə, Orbelinin kitabı sayəsində alban məbədlərindəki yazıların 100-150 il əvvəlki vəziyyətini öyrənmək mümkün olub. 

“Orbeli əsərində alban yazılarının sürətinin çıxarılması və tərcüməsi vaxtı M.Barxudaryan, C.Calalyan və O.Şahxatunyan tərəfindən buraxılmış səhvləri xüsusilə qeyd edib. 

Məlum olub ki, Gəncəsardakı yazıların bəzi hissələri sonralar dəyişdirilib. Həmin yazılarda silinən hərflər yeni hərflərlə əvəz olunub. 

Bu mərhələdə tanınmış ermənişünas akademik Zaza Aleksidze və araşdırmaçılar qrupu alban knyazı Həsən Cəlal Davlanın göstərişi ilə 1240-cı ildə Gəncəbasarda hazırlanan İoanna Krestitel adına kilsənin divarındakı yazılar tərcümə olunub. Dəqiq tərcümə sayəsində lazımi sübutlar əldə edilib.

Burada alban din xadiminin titulu ilk dəfə dəqiq göstərilib: hayrapetuthetn nersisi aluanits katolikosi (Nerses partiarxı yanında alban katalikosu). Həmin yazılarda qeyd edilib ki, o zaman alban kilsəsi müstəqil idi və öz avtokefalityasını qoruyurdu. Yəni bəzi alimlərin 705-ci ildən sonra alban kilsəsinin avtokefaliya statusunu həmişəlik itirməsi ilə bağlı mövqeləri yanlış olub”, - tarixçi bildirib. 

Onun sözlərinə görə, ermənilərin bütün monastr kompleksini niyə restavrasiya etdiyini və Gəncəsardakı yazıları qorumağı “unutduqları”nı anlamaq mümkündür. Erməni tərəfi bu yazıların və abidələrin qorunmasında maraqlı deyildi. 

“Xatırladaq ki, Gəncəsar məbədindən başqa, burada tarixi əhəmiyyətə malik orta əsrlərə aid olan xarici divarlar da mövcuddur. Bu divarlar da XIX və XX əsrdə bir neçə dəfə erməni “restavrasiyasına” məruz qalıb. 1980-ci ildə isə onlar tamamilə dəyişdirilib. 2011-ci ildə isə Gəncəsar məbədinin divarları yeni daşlarla örtülüb. 

Nəticədə, alban mədəniyyətinə aid çox sayda yazılar itib. Bu isə emrəni alimlər qrupu tərəfindən hiddətlə qarşılanıb. Gəncəsar tarixi divarlarının məhv edilməsi ermənilərin Gəncəsar məbəd kompleksini YUNESKO-nun mədəni irs siyahısına salmasına mane olan səbəblərdən biridir”, - Hüseynov qeyd edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri