22 
Okt
2018
17:05
26
284
5621
Virtual karabakh

Cizgi filminə baxdılar, Yerevanın qədimliyi haqda hekayə uydurdular - ŞƏRH

22 Okt, 2018
17:05
5621

Cizgi filminə baxdılar, Yerevanın qədimliyi haqda hekayə uydurdular - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

XIX əsrdə Cənubi Qafqaza köçürülən və xristian dininə itaət edən aborigenlərdən sayca üstün olan ermənilər dövlətin köməyilə kilsələri və ümumiyyətlə, Cənubi Qafqaz tarixini özününküləşdiriblər.

Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı alim, professor Kamran Rüstəmov ermənilərin Yerevanın guya 2800 illik “tarixini” qeyd etməsi məsələsinə münasibət bildirərkən deyib.

Kamran Rüstəmov uzun müddətdir “erməni miflərini” dağıtmaqla məşğuldur. Onun sözlərinə görə, ermənilər utanmadan və vicdansızcasına Alban dövlətinin tarixini və mədəniyyətini özününküləşdirib. 

“Küncüt”ün unikal tarixi

“Urartunun nadir qayaüstü abidələri arasında “Mqrea qapısı” da var ki, bəzən onun adı Mxera kimi yazılır. Mqrea qapıları – daşdan hazırlanmış və üzərində mixi xətlə yazılmış böyük divardır, uzaqdan baxdıqda formasına görə qapını xatırladır. 

Bu tarixi abidəni özününküləşdirmək üçün ermənilər Mqreanın erməni eposunun dastanlarından birinin qəhrəmanı olması ilə bağlı hekayə uydurublar. Əsrlər boyu bu abidəni “Mqeri dura” (durra – türk dilində “qapı” deməkdir) adlandırıblar.

Ermənilər bu abidələrlə bağlı qeyd edirlər:

“Ölmüş anasının vəsiyyətinə görə, Mqer Van şəhərinə gəlib. Van düzünə gələn zaman o, danışan qarğanı görür və ona atəş açır. Qarğa mağaralardan birində gizlənir. Mqer atla quşun arxasınca gedir, ancaq mağaranın yaxınlığında atın ayaqları torpağa batır, qapı isə bağlanır və o, ömrünün sonunadək orada qalır”, - müsahibimiz bildirib. 

Mqera qapısı və ya Akravukar (Qarğanın daşı)

Deyilənə görə, vaxtilə bir çoban Mqerin evinin qapısının ağzında yatan zaman yuxuda görür ki, xeyirxah ruh ona həmin qapıların sirri haqqında məlumat verib. 

Yuxudan oyanan zaman çoban qapının üzərində həkk olunmuş gizli sözü deyir və qapı açılır. Çoban mağaraya girən zaman orada çoxlu sayda qızıl və almaz görür. Zinət əşyalarından bir kisə götürən zaman qapıya yaxınlaşır və eyni sözləri təkrarlayır. Qapılar açılır və o, mağaradan çıxır. Çomağının dalınca mağaraya qayıdan zaman qapılar bağlanır və çoban sirli sözləri unudur. 

Bütün bunları düşünmək üçün belə bir təsəvvürə sahib olmaq lazımdır!

Professor Rüstəmov anlaya bilmir:

“Onlar bunu necə düşünüb? Bu, harada yazılıb? Nəyə görə erməni yalanlarını yayan tarixşünas, təmsilçi Movses Xorenatsi  heç vaxt bu ölkə və unikal abidə haqqında yazmayıb? Nəyə görə bunlar tarixin naməlum səhifələri açıq olan zaman XIX əsrdə yayımlandı? Tarixçilərin uzun müddət Urartu ilə bağlı ehtimalı yox idi və indi də yoxdur, ermənilər isə dərhal buranı erməniləşdirməyə çalışdılar. Onların fikrincə, bu, heç kimə məxsus deyilsə, deməli, onlarındır”. 

“David Sasunski” eposu haqqında danışarkən alimlər bildirir ki, ilk dəfə bu epos 1873-cü ildə xalq ədəbiyyatının tanınmış təhqiqatçısı Qareqin Srvandztyants tərəfindən Arnist kəndinin Krpo adlı sakininin dilindən qələmə alınıb. Hazırda eposun Ermənistanın müxtəlif rayonlarında qələmə alınmış 50-dən çox variantı mövcuddur. 

“Mənbə çox etibarsızdır... Çox maraqlı faktdır. 1840-cı ildə Urartu və Mqeri qapıları ilə bağlı ilk məlumat yayımlanıb, 1873-cü ildə isə kəndçi eposu xatırlayıb (Mordtmann A. D. Über die Keilinschriften von Armenien // Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft. - Leipzig, 1877. - XXXI.). Çox maraqlı faktdır ki, qapıların yerləşdiyi ərazi “Zımzım dağ” adlandırılıb. Piotrovski hesab edirdi ki, məhz bu söz “Küncüt, açıl qapı” ifadəsinin yayılmasına səbəb olub”, - professor deyib. 

Rüstəmov əmindir ki, bu, tarixin saxtakarlaşdırılmasının danılmaz sübutudur.

Beləliklə, Yerevanda bu gün “Şəhər günü” qeyd edilir. Erməni alimlər qədim Urartuya istinadla Yerevanın yaradılmasının 2800 illiyini qeyd edir.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri