24 
Okt
2018
15:15
253
32
14462
Virtual karabakh

“Titanik” yenidən dənizlərə qayıdır - FOTO

Bundan 106 il öncə Atlantik okeanda batan “Titanik” gəmisi yenidən dənizlərə qayıdır.

Oxu.Az xəbər verir ki, 1912-ci ildə ilk səfərində qəzaya uğrayan “Titanik”in əslinin müasir versiyası “Titanik 2” inşa edilir.

500 milyon dollara başa gələcək gəminin təqdim ediləcəyi tarix də bəlli olub. Çin istehsalı olan “Titanik 2” 2022-ci ilində istifadəyə veriləcək.

1997-ci ildə ekrana köçən “Titanik” faciəsindən 110 il sonra dənizlərə geri dönən gəminin yolu da ilk “Titanik”lə eyni olacaq.

Gəmi ilk səfərini İngiltərənin Southampton bölgəsindən Nyu-Yorka edəcək.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri