31 
Okt
2018
10:21
45
188
15007
Virtual karabakh

Dünyanın ən hündür heykəli açıldı

31 Okt, 2018
10:21
15007

Dünyanın ən hündür heykəli açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Qucarat ştatında dünyanın ən hündür abidəsi sayılan “Birlik” heykəlinin təntənəli açılışı olub.

Oxu.Az xəbər verir ki, açılış mərasimi NDTV telekanalı vasitəsilə yayımlanıb. 

Heykəltaraşlar abidə üzərində Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin ardıcıllarından biri olan Vallabxai Patelin obrazını əbədiləşdiriblər.

Abidənin hündürlüyü 182 metrdir. O, ABŞ-dakı “Azadlıq” heykəlindən (93 metr) təxminən 2 dəfə hündürdür. 

Heykəlin hazırlanmasına 5 il əvvəl - 2013-cü il oktyabrın 31-də başlanılıb. 

Rəsmi məlumatlara görə, layihənin icrasında 250 mühəndis və 3400 işçi çalışıb. Abidə ümumilikdə 430 milyon dollara başa gəlib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri