31 
Okt
2018
17:33
136
41
9632
Virtual karabakh

Qarabağın ilk bəylərbəyi kim olub? – FAKTLAR

31 Okt, 2018
17:33
9632

Qarabağın ilk bəylərbəyi kim olub? – FAKTLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

XVI əsrin birinci yarısında I Təhmasib görkəmli siyasi xadim və sərkərdə, “Böyük Sultan, qüdrətli Qacar soyadının və bütün Qarabağın banisi” Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacar (1568-ci ildə vəfat edb) Qarabağ və Gəncənin birinci bəylərbəyi təyin edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezident kitabxanasında saxlanılan Çingiz Qacarın “Qədim Şuşa” kitabında məlumat verilib. 

Azərbaycanlı alim, professor Kamran Rüstəmovun verdiyi məlumata görə, eyni zamanda həmin bəylərbəy o zamanın qaydalarına uyğun olaraq Qacarların qızılbaş tayfasının və bu tayfaların doğma torpaqları sayılan Ziyadlıya rəhbərlik edirdi. 

Tayfanın ziyalılarına və Şaxverdi Sultanın özünə Qarabağda torpaq sahələri verilmişdi.

Sözügedən kitabın materiallarından məlum olur ki, tanınmış rusiyalı tarixçi İ.P.Peruşevski Şahverdi Sultanı böyük adlandırıb, çünki o, Azərbaycan tarixində silinməz izlər qoyub:

“Onun nəslinin nümayəndələri Qarabağ (Gəncə istisna olmaqla) və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə edib və yüz ildən çox müddətdə İran xanı olub, bir çox vilayət və şəhərlərdə hökmdarlarlıq ediblər”. 

Hindistanlı alim Məhəmməd Məsum özünün “Xulasat əs-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dayanırdı, Ziyad titulu isə ilk dəfə Şahverdi xanın atası Ümmət Xan Qacara verilib. 

Qeyd edək ki, Gəncə və Qarabağdan başqa Şəmşədil və Qazax da Şahverdi Sultana tabe idi. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri