13 
Noy
2018
09:49
118
14
8692
Virtual karabakh

Çayın gözlənilməz faydaları aşkarlandı

13 Noy, 2018
09:49
8692

Çayın gözlənilməz faydaları aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, gün ərzində bir fincan çay və ya bir ovuc giləmeyvə ürək-damar xəstəlikləri riskini azaldır.

Oxu.Az-ın xəbərinə görə, tədqiqatın nəticələri “Live Science” nəşrində dərc edilib.

Mütəxəssislər 1990-cı illərdə başlayan “Danish Diet, Cancer and Health Study” uzunmüddətli tədqiqatında iştirak edən 53 min nəfərin məlumatlarını təhlil ediblər.

Könüllülər gün ərzində hansı qida və bu qidadan nə qədər qəbul etdiklərini yazıblar. Alimlər onların sağlamlığını 23 il ərzində müşahidə ediblər. Təyin olunmuş müddət bitdikdən sonra 12 min nəfərin ürəyində problemlər yaranıb.

Müəyyən edilib ki, gün ərzində 500 milliqram flavonoid qəbul edən könüllülərdə ürəyin işemik xəstəliyi, insult və periferik damar xəstəliyi riski aşağı olub.

Qeyd olunur ki, flavonoidlər lazımi miqdarı bir fincan çay, qaragilə və digər giləmeyvələrdə var. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri