11 
Dek
2018
09:09
68
44
9015
Virtual karabakh

XX əsrin ən çox dinlənilən mahnısı məlum oldu - VİDEO

11 Dek, 2018
09:09
9015

XX əsrin ən çox dinlənilən mahnısı məlum oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Striminq xidmətlərində XX əsrə aid ən çox dinlənilən mahnı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu haqda “Universal Music Group” mediaholdinqi öz “Twitter” hesabında məlumat paylaşıb.

Həmin mahnı Britaniyanın “Queen” rok qrupunun “Bohemian Rhapsody” adlı mahnısıdır və 1,5 milyard dəfəyə yaxın dinlənilib. “Variety” jurnalı qeyd edir ki, yeni rekordun qeydə alınmasına Fredi Merkurinin həyatından bəhs edən “Bohem Rapsodiyası” adlı bioqrafik dramın böyük ekranlara yol tapması olub. Film artıq “Qızıl Qlobus” mükafatına əsas namizədlərdəndir.

“Rok musiqi “çayı” axmaqda davam edir. Çox sevinirəm ki, bu gün bizim mahnılar maksimum səviyyədə dinlənilir”, - deyə “Queen” qrupunun gitaraçısı Brayan Mey bildirib.

Xatırladaq ki, əfsanəvi trek “Queen” qrupunun frontmeni Freddi Merkuri tərəfindən yazılıb və sinql şəklində 1975-ci ildə işıq üzü görüb. Reliz vaxtı səsyazma şirkətlərinin tarixinə ən bahalı mahnı kimi düşüb. Kompozisiya qeyri-adi struktura malikdir. Belə ki, onu altı fərqli istiqamətli hissələrə ayırmaq olar (ballada, opera, akapella, ağır metal və s.). Kompozisiya üç dəfə “Hot 100” çartına daxil edilib (Bilboard versiyasına görə).

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri