13 
Dek
2018
07:39
206
25
15198
Virtual karabakh

Azərbaycanda dörd min illik taxt oyunu aşkarlandı - FOTO

13 Dek, 2018
07:39
15198

Azərbaycanda dörd min illik taxt oyunu aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı arxeoloqlar yaşı dörd min ildən çox olan qaya üzərində yonulmuş oyun lövhəsi aşkar ediblər. Tapıntı Azərbaycanda Qobustan qoruğunun ərazisində aşkar edilib.

Oxu.Az “Live Science”a istinadən bildirir ki, oyun lövhəsi qayanın üzərində oyulub və güman ki, dünyanın ən qədim taxt oyunlarından birini hazırkı Azərbaycanın ərazisində yaşayan köçəri maldarlar oynayıb.

Təqdiqatçılar oyunu qaya üzərində oyulmuş dəliklərin sayına görə “50 dəlik” oyunu adlandırıblar. Bundan başqa, oyun “Ov itləri və çaqqallar” da adlana bilər, belə ki, bu oyun qədim Şərqdə məşhur olan eyniadlı oyuna bənzəyir.

Arxeoloq Uolter Krist tapıntının qədim Misir fironu IV Amenemhetin məzarında tapılan taxt oyunu ilə oxşarlığını aşkar edib. Bu hökmdar eramızdan əvvəl XVIII əsrdə yaşayıb, lakin Azərbaycanda tapılan oyun bir neçə yüz il daha qədimdir.

Ehtimal olunur ki, oyunun başlıca məqsədi taxtın sonuncu dəliyinə hamıdan tez çatmaq olub və oyunçular lövhə üzərində sümüklərdən istifadə edərək müəyyən gedişlər ediblər. Qaya üzərində yonulmuş bəzi dəliklər digərlərindən ölçüsünə görə fərqlənir – ehtimal ki, bu dəliklər üçün oyunda hansısa xüsusi qaydalar tətbiq olunub.  

“Beşinci, onuncu, on beşinci və iyirminci dəliklər digərlərindən fərqlənir. Və yuxarıdakı dəlik digərlərindən böyükdür. Hesab edilib ki, məhz bu dəlik sonuncudur və oraya çatmaq oyunçuların əsas məqsədidir”, - deyə Krist bildirib.

Bəziləri bu oyunun nərdin “əcdadı” olduğunu iddia etsə də, Krist bunu inkar edir. O, oyunlar arasında oxşarlıq olduğunu, lakin nərdin qədim Roma oyunu olan tabuladan yarandığını hesab edir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri