14 
Dek
2018
07:34
10
75
6799
Virtual karabakh

İzafi təmizkarlığın təhlükəsi aşkarlandı

14 Dek, 2018
07:34
6799

İzafi təmizkarlığın təhlükəsi aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Şimal Qərb Universitetinin alimləri müəyyən edib ki, təmizləyici vasitələrin tərkibində olan triklozan maddəsi tozda “yatan” mikroorqanizmlərdə antibiotiklərə qarşı davamlılıq yaradır.

Oxu.Az xəbər verir ki, bu haqda press-reliz “Phys.org” saytında dərc olunub.

Tədqiqatçılar insanların daha çox döşəməyə, parketə, tatamiyə və digər döşəmə üzlüklərinə toxunduğu və antimikrob salfetlərdən istifadə etdiyi 42 müxtəlif idman zalından nümunələr götürüb.

Məlum olub ki, daha yüksək triklozan miqdarı olan nümunələrdə antibiotiklərə qarşı genetik davamlılıq markerləri olub.

Triklozan maddəsi ABŞ-da 2017-ci ilə qədər dezinfeksiya vasitələrində geniş istifadə olunub. Ancaq sonradan ABŞ-ın qida məhsulları və dərman preparatlarına sanitar nəzarət idarəsi  insanın endokrin sistemi və cinsi orqanlarına potensial zərərli olduğunu təsbit etdikdən sonra bu maddənin istifadəsi qadağan olunub. 

Ancaq  bir çox Qərb ölkələrinin təmizləyici vasitələrində, həmçinin diş məcunlarında və digər şəxsi gigiyena vasitələrində bu maddə hələ də öz geniş tətbiq olunur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri