17 
Dek
2018
10:00
66
88
6650
Virtual karabakh

“Zaman maşını” düzəltməyin yolu tapıldı

17 Dek, 2018
10:00
6650

“Zaman maşını” düzəltməyin yolu tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Massaçusets Universitetinin alimləri insanın keçmişə səyahət etməsinə imkan verən zaman maşınını düzəltməyin nəzəri baxımdan mümkün olduğu fikrinə gəliblər.

Oxu.Az xəbər verir ki, bu haqda press-reliz “Science Alert” jurnalında dərc olunub.

Alimlərin fikrincə, belə bir aparatı “iki çılpaq sinqulyarlıq” vasitəsilə hazırlamaq olar.

Nisbilik nəzəriyyəsi spesifik şərtlərdə səbəb-nəticə prinsipinin pozulmasına əngəl olan qapalı zamanabənzər əyrilərin mövcudluğunu mümkün hesab edir. Təbiət zamanda səyahətlə bağlı paradoksların meydana gəlməsinə imkan verməsə belə, fiziki sistemdə mənfi kütləli ekzotik materiyanın olduğu şəraitdə “zaman ilmələri” ərsəyə gələ bilər. Hələlik kainatda belə “zaman ilmələrinin” mövcudluğu aşkarlanmayıb.

Yeni araşdırmada fiziklər, bəzi istisna hallarda “zaman ilmələrinin” ekzotik materiya olmadan belə formalaşmasını mümkün sayır. Bunun üçün fövqəluzun iki ox arasında sinqulyarlığın (hədsiz sıxlıq, temperatur və təzyiqi olan nöqtə) olması şərtdir.

Müasir elmi fərziyyələrə görə, “sinqulyarlıqlar” qara dəliklərin mərkəzində olur. Ancaq belə olan halda onlar hadisələr üfüqü ilə bağlı olmalıdır. Belə olan halda oxlar arasında qapalı zamanabənzər əyrilər meydana gəlir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri