18 
Dek
2018
15:19
88
21
9473
Virtual karabakh

Avropada bronxitin müalicəsi görənləri heyrətləndirdi - VİDEO

18 Dek, 2018
15:19
9473

Avropada bronxitin müalicəsi görənləri heyrətləndirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bronxit bronx divarları selikli qişasının iltihabıdır. Bronxlar udulan havanı ağciyərlərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır.

Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.

Oxu.Az xəbər verir ki, Azərbaycanda bu xəstəliyi müalicə etmək üçün bronxların yuyulmasından istifadə edilir.

Bu prosesdən sonra bronx xəstəliyinin yenidən yaranma ehtimalı olur. Ancaq Avropada bronx xəstəliyinin müalicəsi masaj üsulu ilə həyata keçirilir və bu xəstəliyin uşaqda yenidən aşkarlanması qeydə alınmır.

Fransada bronxitli uşaqların müalicəsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. “Facebook”un Azərbaycan seqmentində istifadəçilər təəccübünü gizlətməyiblər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri