29 
Dek
2018
07:23
119
27
9617
Virtual karabakh

Qocalmaya qarşı effektiv vasitə tapıldı

29 Dek, 2018
07:23
9617

Qocalmaya qarşı effektiv vasitə tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı alimlər ilk dəfə olaraq Altsheymer xəstəliyi zamanı sinir hüceyrələrinin ölümünün əslində orqanizmin artmaqda olan xətalı neyronlara reaksiyası olduğunu sübuta yetirib. Bu mexanizm beynin qocalmaya qarşı mübarizə aparmasına imkan verərək, onun normal funksionallıq müddətini uzadır.

Oxu.Az xəbər verir ki, bu haqda press-reliz “EurekAlert!” saytında dərc olunub.

Tədqiqatçılar Altsheymer xəstəliyinin modeli olan genetik modifikasiya olunmuş milçəklər üzərində təcrübə aparıb. Onların beynində neyrodegenerativ xəstəliklərin inkişafında vacib rol oynayan beta-amiloid zülallar ərsəyə gəlir.

İnsan beynində beta-amiloidlər hüceyrələri məhv edən piləklər formalaşır. Sınaq milçəklərində də demensiya əlamətlərinə bənzər simptomlar o cümlədən uzunmüddətli yaddaş itkisi, hərəkətin koordinasiyası problemləri, sinir toxumalarının sürətlə qocalması izlənilib.

Tədqiqatçılar neyronların kortəbii şəkildə öldüyünü yoxsa onların ölümünün daha güclü (daha sağlam) hüceyrələrlə rəqabətdə uduzaraq məhv olduğunu yoxlayıb. Sonuncuda “hüceyrə keyfiyyətinə nəzarət" baş verir ki, bu da daha davamlı neyronların sağ qalmasına şərait yaradır. “Pis” hüceyrələrin kənarlaşdırılması orqanizmin təbii özünüyeniləmə vasitəsidir və qocalma prosesini ləngidir. Belə hüceyrələrin ölümü demensiyanın inkişafına əngəl yarada bilər.

Milçəklərdə “pis” sinir hüceyrələrinin ölümünün qarşısını aldıqdan sonra alimlər həşəratlarda Altsheymer xəstəliyi simptomlarının sürətlə inkişaf etdiyini və milçəklərin erkən ölümlə üzləşdiyini müşahidə edib. Əksinə “keyfiyyətə nəzarət” mexanizminin sürətləndirilməsi beynin koqnitiv funksiyalarının (o cümlədən yaddaş və öyrənmə qabiliyyəti) bərpasına yol açıb.

Tədqiqatçılar əmin edir ki, bu tapıntının nəticələri neyrodegenerativ xəstəliklərin yeni müalicə metodlarını yaratmağa imkan verəcək.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri