Yan
2019
17:05
68
25
2619
Virtual karabakh

Luvr öz rekordunu yeniləyib

2018-ci ildə Parisin Luvr muzeyini 10 milyon nəfər ziyarət edib.

Oxu.Az bildirir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

8,1 milyon nəfərin ziyarət etdiyi 2017-ci illə müqayisədə, artım 25 faiz təşkil edib.

Bu, təsviri incəsənət muzeyi üçün görünməmiş bir rəqəmdir və 2012-ci ildə qeydə alınmış 9,7 milyon nəfər ziyarətçidən ibarət rekordu üstələyən bir göstəricidir.

Muzeyin direktoru Jan-Lük Martinezin fikrincə, bu artımın səbəbi Parisdə əcnəbi turistlərin sayının artması və muzeyin tutum qabiliyyətinin artırılmasıdır.

“Biz yeni saxlama kamerası və yeni kassa yaratdıq ki, bunlar da tutum qabiliyyətinin yüksəlməsinə imkan verib”, - deyə J.Martinez izah edib.  

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri