Yan
2019
15:22
30
75
3750
Virtual karabakh

İki milyon dollarlıq poçt markası - FOTO

4 Yan, 2019
15:22
3750

İki milyon dollarlıq poçt markası - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən qiymətli poçt markalarını kolleksiyalamaq maraqlı hobbilərdən biridir. Belə hobbiləri olan insanlar mütəmadi olaraq görüşürlər, son tapıntılarını müzakirə edirlər.

Oxu.Az Azerpost.az-a istinadən xəbər verir ki, bu məşğuliyyət asan və faydasız görünsə də, əhəmiyyətli kapital yatırımı hesab edilə bilər.

Çünki nadir nüsxələrin qiyməti hər il artır. Əksər hallarda markaların bu qədər baha olmalarının səbəbi onun çap olunmasında buraxılan səhvlərdən ibarətdir.

Araşdırmalara əsasən, dünyanın ən bahalı poçt markası “Müqəddəs Qraal” (Z-Grill) -1sent nominallı poçt markasıdır. Onun üzərində ABŞ-ın ilk  poçtmeysterinin, yəni ilk poçt kontoru rəhbəri olan Benjamin Franklinin rəsmi əks olunub. Həmin poçt markası 1868-ci ildə hazırlanıb. İndi aşkarlanıb ki, bu markanın cəmi iki nüsxəsi var. Dəyəri 2.97 milyon dollardır.

Daha bir bahalı poçt markası “Sisiliya”dır. Dəyəri 2.72 milyon dollar təşkil edir. Markanın adından da bəllidir ki, onun rəng qammasında səhv buraxılıb. İlkin rəngi sarı idi, lakin hansısa səbəblərdən o göy rəngə çevrilir. Həmin marka 1859-cu ildə buraxılıb. İndi iki nüsxəsi var.

“Baden markı” markasının dəyəri 2 milyon dollardır. Bu poçt markası ilk dəfə Baden hersoqluğunda, 1851-ci ildə buraxılıb.

“Mavi Mavrikiy” markasının dəyəri 1.15 milyon dollardır. Mavrikiy adasında buraxılan nadir poçt markalarından biridir. O, 1847-ci ildə təsis olunub. Dünyada bu poçt markasından 2 sent nominallıq cəmi altı nüsxə var.

“Bütün ölkə qırmızıdır” markasının dəyəri isə  1.15 milyon dollardır. Nisbətən gənc poçt markası olan bu seriya 1968-ci ildə Çində dövriyyəyə buraxılıb. 2012-ci ilin may ayında hərracda bu poçt markası 7.3 milyon yuana satılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri