Yan
2019
17:27
242
94
3466
Virtual karabakh

Alimlər: Musiqi insanı sakitləşdirir və depressiyadan xilas edir

9 Yan, 2019
17:27
3466

Alimlər: Musiqi insanı sakitləşdirir və depressiyadan xilas edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı alimlər müəyyən ediblər ki, digər sahələrdə çalışan insanlarla müqayisədə, musiqi ilə bu və ya digər şəkildə əlaqəli olan kollektivlərdə çalışan insanların 96 faizi özlərini daha xoşbəxt və sakit hiss edir.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı “Daily Mail” yayıb.

Lester Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, iş yerində musiqiyə qulaq asmaq və nəğmə söyləmək insanların özlərini daha az təcrid olunmuş hiss etməsinə və kollektivdəki gərginliyi azaltmağa kömək edir.  

Alimlər qeyd edirlər ki, müxtəlif musiqi improvizasiyaları ilə məşğul olan əməkdaşların mütəmadi olaraq mükafatlandırılması işin məhsuldarlığının yüksəldilməsinə və kadr itkisinin azalmasına imkan verəcək.

Alimlər qeyd edirlər ki, yüksək sosiallaşma bir çox ofis işçisini psixoloqa müraciət etməkdən xilas etməyə və ağır depressiya formalarının yaranma riskini azaltmağa imkan verir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri