15 
Yan
2019
01:51
68
115
7917
Virtual karabakh

Çinli qadın kişilərin səsini eşitmir

15 Yan, 2019
01:51
7917

Çinli qadın kişilərin səsini eşitmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində çox maraqlı hadisə yaşanıb. 

Oxu.Az xəbər verir ki, Çen adlı qadın bir gün kişilərin səsini eşitmədiyini başa düşüb.

Həkimə baş çəkən qadın bunun nadir rast gəlinən bir xəstəlik olduğunu öyrənib.

Həkim Lin Siaoqin “onunla danışanda, məni eşidə bilirdi, lakin gənc bir kişi xəstə otağa girəndə, onu duya bilmirdi” deyib.

Xəstəlik səbəbindən Çen aşağı tezlikli səsləri eşitməməyə başlayıb.

Bu xəstəliyə 13 min nəfərdən biri tutulur. Belə insanlar 2000 hersdən aşağı tezlikləri eşidə bilmirlər. Belə vəziyyət onlara təhlükə yaradır, çünki təkcə kişilərin deyil, səssiz çalışan avtomobilin yaxınlaşdığını da eşidə bilmirlər.

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada eşitmə problemi olan 466 milyondan çox insan var.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri