18 
Yan
2019
13:08
88
154
11577
Virtual karabakh

Putinə Paşa ləqəbli küçük hədiyyə olundu - FOTO/VİDEO

18 Yan, 2019
13:08
11577

Putinə Paşa ləqəbli küçük hədiyyə olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinə Paşa ləqəbli dörd aylıq Şarplanin çoban iti küçüyünü hədiyyə edib.

Oxu.Az RİA Novostiyə istinadən məlumat verir ki, bu cinsdən olan itlər iri bədəni, soyuğa qarşı dayanıqlığı və qurdlarla və ayılarla mübarizədə qorxmazlığı ilə tanınır.

Şərəfinə adlandırıldığı Şarplanin massivi Kosovo və Metaxiya muxtar bölgəsinin cənubunda yerləşir və burada bu cinsdən olan itlər əsrlərlə çobanlar tərəfindən sürülərin qorunması üçün istifadə olunub. Qeyd olunur ki, bu ev heyvanı mötəbər nəsil-nəcabətdən gəlir.

Şarplanin çoban iti ağıllı və sadiq, lakin inadkar itdir. Böyüdüyü zaman onun çəkisi 40 kiloqrama qədər çatır.

V.Putin heyvanlara sevgisi ilə tanınır. Bundan əvvəl, ötən ilin oktyabrında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammadov ad günü hədiyyəsi olaraq Rusiya federasiyasının prezidentinə “Vernıy” (sadıq - red.) ləqəbli alabay cinsinə aid küçük hədiyyə etmişdi.

2012-ci ildə güclü sunami və zəlzələnin fəsadlarını aradan qaldırmaqda əməkdaşlığa və göstərdikləri yardıma görə Yaponiyanın Akita prefekturasının qubernatoru Rusiya prezidentinə daha bir it hədiyyə edib. Akita-inu ov cinsinə aid küçüyə Yume (Arzu - red.) adı verilib. 2016-ci ilin dekabrında V.Putin Kremldə yapon jurnalistlərə müsahibə verən zaman Yumeni özü ilə aparıb.  

2010-cu ildə Bolqarıstanın baş naziri olduğu zaman Boyko Borisov rusiyalı liderin Sofiyaya səfəri zamanı ona karakaçan cinsindən olan it (bolqar ov iti - red.) təqdim edib. V.Putin rusiyalılardan küçüyə ad qoymağı təklif edib. Müsabiqənin qalibi küçüyə Baffi adını verən 5 yaşlı Dima Sokolov olub.

Daha əvvəl V.Putini Sergey Şoyqunun hədiyyə etdiyi Koni ləqəbli labrador iti müşayiət edib. O, V.Putinin Soçidə və Novo-Oqarevodakı şəhərkənarı iqamətgahlarındakı görüşlərinin iştirakçısı olub, evin içərisində rahat gəzə bilib və ona yemək verən jurnalistlərin olduğu otağa girməyi də çox sevib.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri