21 
Yan
2019
15:06
315
23
12461
Virtual karabakh

Rusiyalı iş adamı onu qaçıranları güllələdi

21 Yan, 2019
15:06
12461

Rusiyalı iş adamı onu qaçıranları güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada 30 yaşlı iş adamı onu qaçıraraq 20 milyon rubl (513 min manat – red.) tələb edən quldurların əlindən qaça bilib.

Oxu.Az məlumat verir ki, bu haqda REN TV telekanalı məlumat verib.

Naməlum şəxslər kişiyə hücum edərək onu zorla öz avtomobilinə mindiriblər. Girovdan pulu almaq üçün onu evinə gətiriblər.

İş adamı onların əlindən qurtularaq özünün güllə keçirməyən “Mercedes Gelandewagen” avtomobilində gizlənib. O, quldurların maşınını vurub dağıdaraq onlara atəş açıb.

Yanvarın 19-da axşam saatlarında Oktyabrskaya küçəsində üç naməlum şəxs özəl şirkətin kommersiya direktorunun sükanı arxasında əyləşdiyi “Porsche Cayenne” avtomobilinə yaxınlaşıblar.

Onu zorla “VAZ” avtomobilinə mindirərək naməlum ünvan üzrə Podmoskovyeyə aparıblar və ölümlə hədələyərək 20 milyon rubl (513 min manat) tələb ediblər.

Quldurlardan biri ayağından yaralanıb. Digərləri isə iş adamına məxsus “Porsche Cayenne” avtomobilinə minərək qaçıblar.

Şübhəli şəxsləri tutmaq mümkün olmayıb.

Yaralanmış quldur xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərildikdən sonra polis bölməsinə aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri